2. Lock-Modify-Unlock | Blok et — Dəyiş — Blockdan çıxart | Version control types — Versiya kontrolunun növləri.

Namiq və Aygün mahnı yazmaq istəyirlər. Onlar mahnı yazarkən Versiyanın idarə olunması sistemindən istifadə edəcəklər. Bu maqələdə biz “Blok et - Dəyiş - Blokdan çıxart” strategiyasına baxacayıq deyə, onlarda bu strategiyadan istifadə edəcəklər.


Namiq mahnının sözlərini yazmaq üçün serverdə olan mahnı.txt faylını blok etməlidir. Bu onu bildirir ki, Namiqdən başqa heçkim həmin faylda dəyişikliy edə bilməz.



Ona görə Namiq rahat öz local sistemində (yəni öz kompyuterində) mahnının ilk sətirlərini yazır. Yazıb bitirdikdən sonra. Namiq faylda olan dəyişikliyləri serverdəki faylda yeniləməlidir.



Yeniləmə prosesinə PUSH edir deyə bilərik. Versiyanın idarə etmə sistemindən asılı olaraq buna elə UPDATE də demək olur.
Namiq məlumatı serverə yükləyir və …
… artıq serverdə olan mahnı.txt faylını blokdan çıxara bilər vəya çıxarmalıdır ki, digərləri həmin fayldan istifadə edə bilsin. İndi isə keçək Aygünə, görək o nələri edəcək. Birdə ki, Namiq serverə öz sətirlərini yüklədik də serverdə faylın birinci versiyası yaranır, öncə sıfırıncı versiya idi.
Aygün öz sətirlərini yazmazdan öncə, local sistemində olan mahnı.txt faylını yeniləyir. Yəni serverdə olan məlumat Aygünün local faylına əlava olunur. Buna da PULL əməliyyatı deyək. Hazırda Namiqin, Aygünün və serverdə mahnı.txt faylı eynidir.
Eyni atdımlar Aygün tərəfindən atılmalıdır ki, o da öz sətirlərini server faylına əlavə edə bilsin.
Yəni indi Aygün blok edir. Dəyişir.
Push edir — yəni serverə yükləyir.
Blokdan çıxardır. İş prinsiplərini bildikdən sonra demək istərdim ki, bu strategiya “Mərkəzləşdirilmiş” mexanizm ilə çalışır. Müsbət tərəfi sadəliyidir. Mənfi tərəfi tələb olunan bütün funksiyaları özündə toplaya bilmir. Misal eyni zamanda bir neçə istifadəçinin eyni fayl üzərində işləməsi, backup və restore prinsipi.
Diqqətiniz üçün minnətdaram.