Sitemap

APİ nədir?

qısa və konkret

1 min readMar 22, 2025

APİ sözü üç sözün Application Programming İnterface ilk hərflərindən yaranan qısaldılmış və çox məşhur sölərdən biridir. İlk iki söz inanıram aydın olur, lakin üçüncü söz çaşdıra bilər. Sadə izahını sinonim sözlərlə gətirə bilərəm. İnterfeys eyni zamanda razılaşma və kontrakt kimi gedir. Yəni razılaşırıq ki, yeməklərin adlarını bir yerə yığacayıq, içki, isti yeməklər və s. kateqoriyalara böləcəyik və adını menyu qoyacağıq. Hamı buna razılaşıb və bilir ki, bu qayda ən çox yemək xidməti göstərən yəni restoran, kafe və s. yerlərdə işləyir. Ona görə sadaladığım yerlərə getdikdə soruşuruq menyuda nə var. Biz artıq menyu vasitəsi ilə başa düşürük ki, restoran bizə hansı yeməkləri və ümumiyyətlə hansı xidmətləri göstərə biləcək. Elə restoran var ancaq səhər yeməkləri verir, eləsi də var ki, səhər, günorta, axşam yeməyi, deserti və içkisi ilə birlikdə hələ qəlyan da təklif edir. Uzun sözün qısası interfeys razılaşmadır, application programming interface də proqram təminatının hazırlanması üçün lazım olan razılaşmadır ki, fərqli sistemlər bir birisinin arasında ünsiyyət qura bilsin.

Məqaləni uzun uzadı yaza bilərdim, amma başlıqda qısa və konkret yazmışam. Hələlik bu qədər. Bizi izləyin. Sağ olun.

--

--

Ayti Qaqaş
Ayti Qaqaş

Written by Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/

No responses yet