BotFather Yeni Bot Yaradırıq.
Salam.
Oxumaqdansa videoya baxmaq üstün tutursan?
Bu məqaləni oxuyursansa deməli Telegramda bot yaratmaq sənə maraqlıdır. Bot yaratmaq çətin deyil. Əsas məsələ botun məntiqini və funksionallığını yaratmaqdır. Buna baxmayaraq məqalə yenə də lazımlıdır. Teleqram botun yaradılması üçün “BotFather” botundan istifadə etməliyik.
TELEGRAM BOTUN İŞLƏMƏ PRİNSİPİ ADLI YENİ MƏQALƏ HAZIRLAYIM?
İlk öncə Telegram Messenger yüklənilməlidir və qeydiyyatdan keçməliyik. Telgramda axtarış bölümündə “@BotFather” yazırıq. Nəticələrdən botu seçib start edirik.

Sonra “/newbot” komandasını yazıb BotFather-ə göndəririk. Bu komanda yeni bot yaradır. Məs buna görə BotFather botu bizdən yeni yaradacağımız botun adını yazmağımızı istəyir.

Sonra bot üçün username istəyəcək. Burada bir məqama fikir verməlisiniz. username-in sonunda ya Bot ya da _bot olmalıdır. Misal: usernameBot vəya username_bot.

Bu addımdan sonra siz API token əldə edəcəksiz. API token botu idarə etmək üçün istifadə olunacaq. Ona görə bu token məhfi saxlanılması məsləhət görülür.

Mən aytiqaqashbot üçün API tokeni artıq dəyişmişəm. Bəli tokeni dəyişmək mümkündür. Bunun üçün sadəcə BotFatherə “/revoke” komandasını göndəririk. Cavab olaraq botumuzun adını qeyd etmək tələbi gəlir və bizə əvvəlki tokenin işləməyəcəyi haqda xəbərdarlıq gəlir. Botun funksionallığını təmin edən kodlarda yeni tokeni qeyd etmək lazım olacaq.

Botumuzu qeyd etdikdən sonra yeni token bizə təqdim olunur.

Bot yaratmaq haqqında yazmaq istədiyim bu qədər.
Sağol.