Botman Studio install etmə qaydası
Salam.
Bunu da video olaraq izləmək imkanı var. Amma oxumaq da məsləhətdir.
Botman Studio nədir?
otman studio PHP proqramlaşdırma dilində yazılan chatbot yaratmaq üçün frameworkdur. Framewrok deyərkən Botman Studio Laravel frameworkun üzərində qurulmuş bir proyektdir.
Framework - tədbiqin asanlaşdırılması üçün əvvəldən hazırlanmış skeleti vəya strukturudur.
Botman vasitəsi ilə sıfırdan çat bot yaratmaq imkanı olduğu kimi onu artıq işlək proyektə də qoşmaq mümkündür.
Birinci sıfırdan install etmə qaydasına baxaq!
İngilis dilində yazılmış rəsmi dokumentasiyaya əsasən bir neçə addıma artıq çat botumuz hazır olacaq. Ən əsası Composer quraşdırılmış olsun.
Composer — PHP proqramlaşdırma dili üçün yaradılmış çox platformlu (cross-platform) paket idarəetmə sistemi. PHP tətbiqləri və tətbiq içərisində istifadə olunan kitabxanalar üçün asılılıq idarəetməsini (dependency management) təmin edir.
“Botman installer”-i quraşdırdıqdan sonra “botman” komandasından istifadə edib proyekti yarada bilərik. “ composer global require “botman/installer” ” komandasından sonra “ botman new proyektinadı” komandasını istifadə edirik.
VƏYA Botmanın proyektini bir başa composer vasitəsi ilə install edə bilərik. Bunu üçün növbəti komandadan istifadə edirik:
“ composer create-project — prefer-dist botman/studio proyektinadı ”.
İnstall prosesi bitdikdə artıq proyektimiz (çat-bot) hazırdır. Qalır ki, nəticəni görmək. Buyurun (terminalda yəni kommand line-da) proyektin qovluğunda php artisan serve komandasından istifadə edərək Laravelin serverini işə salırıq. Sonra http://127.0.0.1:8000 linkinə keçid edib nəticəyə baxa bilərik. Burada belə bir səhifə olamlıdır:
Bu səhifədə Tinker seçirik. Açılan yeni səhifədə artıq botu test etmək olar. Standart olaraq bot yalnız “hi” və “start conversation” sözlərinə cavab verəcək. Buda backend kodumuzda belə qeyd olunub deyə. Backend demişkən proyektimiz özü elə backenddir.
Beləliklə gəldik çıxdıq məqalənin sonuna. Hazır proyektə əlavə etmə qaydasını digər məqaləmdə yazaram.
Sağ ol.