Botman Studio install etmə qaydası

Ayti Qaqaş
2 min readFeb 20, 2021

Salam.

Ayti Qaqaş | Botman Studio Install qaydası

Bunu da video olaraq izləmək imkanı var. Amma oxumaq da məsləhətdir.

Botman Studio nədir?
otman studio PHP proqramlaşdırma dilində yazılan chatbot yaratmaq üçün frameworkdur. Framewrok deyərkən Botman Studio Laravel frameworkun üzərində qurulmuş bir proyektdir.

Framework - tədbiqin asanlaşdırılması üçün əvvəldən hazırlanmış skeleti vəya strukturudur.

Botman.io saytından skrinşot

Botman vasitəsi ilə sıfırdan çat bot yaratmaq imkanı olduğu kimi onu artıq işlək proyektə də qoşmaq mümkündür.

Birinci sıfırdan install etmə qaydasına baxaq!

İngilis dilində yazılmış rəsmi dokumentasiyaya əsasən bir neçə addıma artıq çat botumuz hazır olacaq. Ən əsası Composer quraşdırılmış olsun.

Composer PHP proqramlaşdırma dili üçün yaradılmış çox platformlu (cross-platform) paket idarəetmə sistemi. PHP tətbiqləri və tətbiq içərisində istifadə olunan kitabxanalar üçün asılılıq idarəetməsini (dependency management) təmin edir.

“Botman installer”-i quraşdırdıqdan sonra “botman” komandasından istifadə edib proyekti yarada bilərik. “ composer global require “botman/installer” ” komandasından sonra “ botman new proyektinadı” komandasını istifadə edirik.

Dokumentasiyadan Skrinşot

VƏYA Botmanın proyektini bir başa composer vasitəsi ilə install edə bilərik. Bunu üçün növbəti komandadan istifadə edirik:
“ composer create-project — prefer-dist botman/studio proyektinadı ”.

Dokumentasiyadan Skrinşot

İnstall prosesi bitdikdə artıq proyektimiz (çat-bot) hazırdır. Qalır ki, nəticəni görmək. Buyurun (terminalda yəni kommand line-da) proyektin qovluğunda php artisan serve komandasından istifadə edərək Laravelin serverini işə salırıq. Sonra http://127.0.0.1:8000 linkinə keçid edib nəticəyə baxa bilərik. Burada belə bir səhifə olamlıdır:

Botman Stuio ilə yaradılan səhifənin standart görünüşü.

Bu səhifədə Tinker seçirik. Açılan yeni səhifədə artıq botu test etmək olar. Standart olaraq bot yalnız “hi” və “start conversation” sözlərinə cavab verəcək. Buda backend kodumuzda belə qeyd olunub deyə. Backend demişkən proyektimiz özü elə backenddir.

Beləliklə gəldik çıxdıq məqalənin sonuna. Hazır proyektə əlavə etmə qaydasını digər məqaləmdə yazaram.

Sağ ol.

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

Ayti Qaqaş
Ayti Qaqaş

Written by Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/

No responses yet

Write a response