Close and Quit Driver

Uİ Test Avtomatlaşdırma

Ayti Qaqaş
2 min readOct 2, 2024

Növbəti öyrənəcəyimiz metodlar “Close” — “Bağla” və “Quit”-“Çıx” olacaq. Burada hər birindən ayrı-ayrı yazacam və üstəlik müqaisə edəcəyik. Əlbəttə öyrəndiyimizi təcrübə üçün istifadə edəcəyik.

Yəgin yuxarıda yazdıqlarımdan yadınızdadır ki, ilk öncə biz WebDriverManager ilə chromedriver quraşdırırıq. Sonra ChromeDriver üçün bir dənə obyekt (instance) yaradırıq. Həmin obyektimiz vasitəsi ilə, Chrome brauzerini açaraq müəyyən saytı ekrana gətirə bilirik. Açdığımız brauzer və tabları bağlamaq tələbi yarandığı halda bizim köməyimizə close və quit gəlir. Gəliz azacıq bu iki metodun nə etdiyindən yazım:

Close — aktiv olduğumuz tab yəni səhifəni bağlayır.

Quit — ümumiyyətlə brauzeri bağlamaqla bütün tabları (pəncərələri) bağlamış olur.

Prosesi kod ilə yazıb gözlə görmək üçün biz növbəti kodu işlətməliyik:

public static void main(String[] args) {
WebDriverManager.chromedriver().setup();
ChromeDriver driver = new ChromeDriver();

driver.get("http://tecrube.aytiqaqash.xampp/yeni_tab_ach");

// driver.close();

// driver.quit();
}

Lakin fikir versəniz hələlik hər iki metodu şərh olaraq qeyd etmişəm. Əslində ümumiyyətlə səhifənin işlədiyini yoxlamaq istəyirəm. Bir dənə balaca məqam var ki, onu şərhlərdən birini yığışdırıb kodu işlətsəniz görəcəksiniz. Deməli əmrlər ard arda baş verdiyinə görə. Driver.get(url) vasitəsi ilə açılan səhifə növbəti əmrə dərhal keçdiyinə görə dərhal da işlədiləcək və səhifəni ya brauzeri bağlayacaq. Ona görə hələ keçmədiyimiz və indi üzərində çox da köklənmədiyimiz gözlətmə əmrindən istifadə edəcəyik: Thread.sleep(5000) . Daxilində yazdığımız 5000 millisaniyə, növbəti əmrə keçməmiş 5 saniyə gözlə mənasını daşıyır. Ona görə sleep metodunu biz close və quit metodlarından əvvəl yazmalıyıq. Sleep metodu bizə main metodu İnterruptedException xətasını ata biləcəyini bildirmək üçün “throws InterruptedException” əlavə etməyi və ya try…catch istifadə etməyi tələb edir. Nəticədə kodumuz belə olacaq:

public static void main(String[] args) throws InterruptedException {
// chromedriver-i quraşdır və driver obyektini yarat
WebDriverManager.chromedriver().setup();
ChromeDriver driver = new ChromeDriver();

driver.get("http://tecrube.aytiqaqash.xampp/yeni_tab_ach");

Thread.sleep(5000);

// driver.close();

// driver.quit();
}

Bir dəfə driver.close(); metodunu şərhdən çıxarıb işlədək. Brauzer açılır. 3 saniyə keçir yeni tab açılır. 2 saniyə də keçir, ilk açılan səhifə bağlanır. Sonra driver.quit(); metodunu işlədirik və 3 saniyədən sonra bəyaq olduğu kimi yeni tab (səhifə) açılır, 2 saniyə də keçir brauzer tamamilə bağlanır. Müvafiq olaraq açıq olan 2 tabın hərikisi bağlanır.

Hələlik bu qədər. Diqqətiniz üçün təşəkkür edirik. Bizim kursları endirimlə əldə etmək üçün, əlaqə saxlayın. Yox, ödənişin yarısından çoxu udemy-yə getməyini istəyirsinizsə link burada. Youtube kanalımız. Kofe al.

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

Ayti Qaqaş
Ayti Qaqaş

Written by Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/

No responses yet

Write a response