Error, Bug/Defect və Fail

Ayti Qaqaş
2 min readOct 22, 2022

Fərqi nədir?

Salam, dostlar.

Manual testing öyrənərkən toxunduğumuz mövzulardan biri Error, Bug/Defect və Fail olur. Ona görə gəlin bu üçünə də ayrılıqda baxaq görək nədir, necə fərqlənir.

Error

Google Translate bizə səhv kimi tərcümə edir. Tərcüməsinə fikir versək rahat anlayarıq ki, səhv insan tərəfindən edilir. Error da məhz elə bu anlayışı özündə daşıyır. Sadəcə tam aydın olması üçün gəlin bir iki dənə nümunəyə baxaq. Misal proqramçı kodu yazarkən sintaksis səhvi edib, nöqtə vergül qoymayıb vəya lazım olmayan yerdə əli dəyir mətn yazılır və s.

Bug

Böcək kimi vəya google translate əsasən parazit kimi tərcümə olunur. Normalda deyərdik böcəyin görəsən proqram təminatına nə dəxli var? Bir dənə meyvə üzərindən sizə izah edim. Yəgin ki, ağacdan heyva dərib yediyiniz olub vəya dərmansız meyvələr. Heyvanı ona görə seçdim ki, adətən üzərindən çox təmiz və yaxşı görünür amma daxilində qurd olur. P.s. növündən asılı olaraq dəyişə bilər. Deməli burada nə baş verir. Biz hər hansı bir üzdən qəşəng görünən meyvəni götürəndə ümid edirik ki, daxildən də yaxşı olacaq. Amma reallıqda daxildən həşərat vəya böcək çıxa bilər. Eləcə də proqram təminatında əgər bizim gözləntilərimizdən (requirements, expected result) fərqli nəticə alırıqsa, BUG tapıldığını deyə bilirik. Proqram təminatının xarici görünüşü nə qədər yaxşı olsa da, daxilində də bug olmalı deyil. Proqram təminatına aid bir dənə misal da gətirim:

Case: Biz “contact us” səhifəsində email göndərmək üçün olan formada email yazılması üçün ayrılan inputu boş saxlayıb “Send Email” buttonun üzərinə kliklədikdə, bizə xəta mesajı çıxmalıdır ki “Email qeyd olunmayıb!”.

Əgər biz misal üçün yuxarıda qeyd olunan situasiyaya əsasən nəticədə uğur mesajı alsaq ki, “Email göndərildi!”, deməli bizim proqram təminatında bug var! Gözlədiyimiz nəticə ilə, aktual nəticə fərqlənir!

Defect

Defect isə Qüsur kimi tərcümə olunur. Əslində bug ilə eyni mənanı daşıyır. Sadəcə proqramçı tərəfindən tapılarsa bunu qüsur adlandırırlar. Yəni elə şirkət var ki, ayrıca defect kimi bir kriteriya qoymur. Defectləri də elə bug kimi qeyd edir. Bug isə testerlər tərəfindən və hətta real istifadəçi tərəfindən tapıla bilər. Real istifadəçi ilə bağlı bir məqam var ki, onu da gərək Fail haqqında danışaraq müzakirə edək.

Fail

Tərcüməsinə fikir versək görərik “uğursuzluq” kimi tərcümə olunur. Fail o xəta sayılır ki, artıq son istifadəçilərə yəni real istifadiçilərə təhvil verilən proqram təminatı özünü tərtib olunduğu kimi aparmır. Daha doğrusu gözlənilən nəticə olmur. Misal istifadəçi Bank xidmətlərinə aid olan bir proqram təminatında ödənişlərdən yığılan balları endirimə dəyişə bilməlidir, amma cəhd edərkən alınmır və hansısa gözlənilməyən xəta mesajı gəlir. Normalda əməliyyatı icra edə bilirdi, indi edə bilmir. Fail olur. Beləliklə Fail nə olduğunu da bildik.

Error vs Bug/Defect vs Fail:

Error insan tərəfindən baş verən səhvlərə deyilir. Bug/Defect tələblərə zid çıxan xətalara deyilir. Fail istifadəçinin qarşısına çıxan, proqram təminatında normadan kənar uğursuzluqlar olur. Ən qısa və aydın cavab olaraq, yazdığım kimi müsahibədə cavab verə bilərsiniz.

Dostlar məqaləmin sonuna gəldik. Bizə dəstək olmaq istəsəniz kanalımıza (Ayti Qaqaş) abunə olun və bizi öz İT sahəsinə maraq göstərən dostlarınıza məsləhət görün ki, onlar da yararlana bilsinlər.

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

Ayti Qaqaş
Ayti Qaqaş

Written by Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/

No responses yet

Write a response