.GIT QOVLUĞUNUN DAXİLİ

Nöqtə ilə başlayan qovluqlar linux sistemində görünməz olur. Windows sistemində biz proyektimiz daxilində həmin bu qovluğu görə bilirik və yəgin sizə də maraqlıdır ki həmin qovluqda nələr var. Qovluğa daxil olduqda digər fərqli qovluqlar görürük. Hooks qovluğunda skriptlər yerləşir, ona görə bizə o qədər də maraqlı deyil. Əsas maraqlı olan objects qovluğudur. Bütün obyektlər gitdə həmin bu qovluqda yerləşir. Obyekt dediyim COMMİT, TREE, BLOB olacaq. Birazdan daha ətraflı obyektlərimizi müzakirə edərik.
.git qovluğunun daxilində əsas maraq doğuran fayllar:
- config - faylı özündə adından da bəlli olduğu kimi konfiqurasiyaları saxlayır

- HEAD - göstərir biz hal hazırda hansı branchdayıq

- index - müvəqqəti məlumatı saxlayır. git add əmrində məlumat index-ə düşür. Yəgin mənim videolarımı izlədik də, buna fikir vermisiz.

HEAD faylının daxilindəki yazıya fikir versək bizi “refs” qovluğuna, daha sonra “heads” qovluğuna və “master” faylına yönləndirir. Gəlin baxaq “refs” qovluğunda nələr var:

Baxdıq da görürük 3 dənə qovluq olduğunu. heads bizə artıq tanışdır, daxilində “master” faylı var. “Master” faylına baxsaq sonuncu commitimizin kodunu görürük.

“refs” qovluğunda növbəti gördüyümüz qovluq “remotes”dır. Onun üzərinə iki dəfə klikləyib “origin” qovluğunu görürük. “origin”nin də daxilinə baxıb yenə “master” faylını görürük. Biz github repozitoriyamızda “master” budağında olduğumuzu görsədir. Bizim repozitoriyalar hal hazırda sinxronizasiya olunmuş halında olduğuna görə, “origin/master” və “heads/master” daxili eynidir.