HTML Hesabat | Playwright
npx playwright show-report
Skriptlərimizi yazıb işlətdikdən sonra nəticələri görüb analiz etmək növbəti önəmli addımlardan biridir. Addımın önəmli olması həmin nəticələri hesabat formasında bizə təqdim olunması işlətdiyimiz freymvorkun bir funksionallığı olmalıdır. Playwright da digər tanınmış freymvorklar kimi nəticələri təqdim etmək üçün bizə html hesabat təqdim edə bilir. Gəlin bu funksionallıqla biraz yaxından tanış olaq.

Susmaya görə biz testləri işlədəndə ancaq hər hansı bir yoxlama fail olursa html report avtomatik işə salınır və bizə nəticələr brauzerdə göstərilir. Arxa fonda bir dənə qovluq generasiya olunur daxilində lazım olacaq informasiya ilə. Susmaya görə olan davranış da sırf ayar (playwright.config.js) faylından gəlir. Ayarlarda diqqətimizi çəkə biləcək 2 əsas məqam var:
reporter: 'html',
/* Shared settings for all the projects below. See https://playwright.dev/docs/api/class-testoptions. */
use: {
/* Base URL to use in actions like `await page.goto('/')`. */
// baseURL: 'http://127.0.0.1:3000',
/* Collect trace when retrying the failed test. See https://playwright.dev/docs/trace-viewer */
trace: 'on-first-retry',
},
Biri “reproter” açar sözünün dəyəri “html” olması, ikinci də “trace” açar sözünün dəyəri “on-first-retry” olmasıdır. Məs qeyd etdiyim dəyərlər freymvorka deyir ki, HTML hesabat açmaq lazımdır, əgər yoxlamaya yenidən işlətməyə ehtiyac varsa. Bu arada hazırda sənədləşmədə ‘on-first-retry’ əvəzinə “on-failure” qeyd olunub.
HTML Hesabat müəyyən bir host və portu istifadə edir. Susmaya görə istifadə etdiyi localhost və 9323cü portdur. Əgər biz həmin portu başqa məqsədlərlə istifadə ediriksə ayarlarda portu fərqli qeyd edə bilərik, eyni qaydada host dəyərini də istədiyimiz host-u yaza bilərik. Hesabatın işə salındığı halda biz terminalda belə bir yazı görürük:
Serving HTML report at http://localhost:9323. Press Ctrl+C to quit.
Ayarlarda isə dəyərləri dəyişmək üçün “baseURL” açar sözünün qiymətini dəyişirik.
Yuxarıda ayarlarda biz “trace” sözünü gördük, böyük ehtimal bunun sənədləşmədə yazılan “trace viewer” ilə əlaqəsi var. Olsa da olmasa da həmin mövzunu saxlayaq bizim növbəti məqaləyə.
Bizi izləyin: Youtubeda, Mediumda, facebookda, X platformasında, İnstagramda, kofeal
Udemy kurslarımızı bizimlə əlaqə saxlayıb alsanız daha sərfəli olacaq.