Java Öyrənirəm | Class və Obyektlər

Ayti Qaqaş
2 min readDec 4, 2021

başa düşdüyüm kimi…

Java proqramlaşdırma dili obyekt-yönümlü olduğuna görə biz ilk öncə klass və obyektlərin nə olduğunu anlamalıyıq. Yəni kodumuz müəyyən bloklardan ibarət olacaq və həmin bu blokların rəsmi adı klass və obyektdir. Gəlin əvvəl ayrıca hər ikisinin nə olduğuna baxaq. Sonra isə müqaisə edərik. Java proqramlaşdırma obyekt-yönümlü olduğuna görə Abstraction, Encapsulation, İnheritance and Polymorphism kimi prinsiplərdən istifadə edir. Hələlik prinsiplərin adlarını bildik bəs edir.

Class (sinif) nədir?

Bu suala cavab verməzdən öncə digər məqlələr ilə maraqlandım. Azərbaycan dilində olduqca maraqlı yazanlar var. Amma yenə də mən də öz sözlərimlə izah eləmək istədim. Heç bir proqramlaşdırma dilinə aid etməsək sinif obyektin ümumi xüsusiyətlərinə görə aid olduğu bir anlayışdır. Misal kimi FronEndDeveloper bir sinif kimi təsvir etsək. Həmin bu sinifə xas olan xüsusiyətlər, metodlar var. Bütün FrontEndDeveloperlər yaradılan tətbiqin xarici görünüşünün yığılması üçün lazım olan biliklərə və bacarıqlara malikdir. Classdan biz obyektlər yarada bilirik. Əgər İlkin = new FrontEndDeveloper(); yazsaq, burada İlkin yeni obyekt olacaq. Beləliklə biz Classlardan obyektlər yarada bilirik. Amma obyektlərdən sinif yarada bilmirik.

Obyekt nədir?

Yuxarıda qeyd olunduğu kimi, obyektlər siniflərdən yaradılır. Yəni obyektin bizim sinifdə qeyd olunan xüsusiyətləri, metodları var. İzahın ən qısa yolu elə belədir. Yuxarıda danışdığımız FrontEndDeveloper sinifindən biz istənilən qədər obyekt yarada bilərik. İlkin, Ənvər, Ziya, Malik, Çingiz və s. hamısı FrontEndDeveloper sinifindən yaradılan obyük olacaq.

Adətən Sinif ( Class ) Model kimi də qeyd oluna bilir. Users modelindən user obyektini yarada bilirik. Users modeli müəyyən parametrləri (misal adı, soyadı, doğum tarixi və s.) , metodları (login, logout, register və s.) var.

Javada bunu kod ilə də başa salınan yaxşı məqalə görmüşəm dedim sizinlə də paylaşım.

İanə: https://aytiqaqash.com/donate

Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

Ayti Qaqaş
Ayti Qaqaş

Written by Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/

Responses (1)

Write a response