Laravel Homestead install qaydası
Salam.
Laravel Homestead quraşdırma qaydasını çalışacam maksimum qısa və aydın yazım. Hər halda sual yaransa mütləq soruşun. Məqaləni LARAVEL 7.x dokumentasiyasına əsasən yazmışam.
Bizə nələr lazım olacaq?
Addımlayaq irəli…
İlk öncə lazım olan proqramları Gitbash, VirtualBox, Vagrant quraşdırırıq. Sonra isə GitBash proqramın işə salıb laravel/homestead boxçası yaradılması üçün komandamızı yazırıq: vagrant box add laravel/homestead
Komandanı yazıb Enter düyməsini basdıqdan sonra, bizə seçim verəcəm 4 variantdan ibarət. Biz 3cü olan VirtualBox variantını seçmək üçün 3 daxil edib yenidən Enter düyməsini basırıq. Və Vagrant başlayır öz işini görməyə. Yəni Laravelin istifadəsi üçün lazım olanları VirtualBox üçün yükləyir.

Növbəti addım Homestead install etməkdir.
Homestead yükləmək üçün biz git clone komandasından istifadə edəcəyik. Komandanı yazmazdan öncə gəlin qərar verək bizim Homestead fayllarımız harada yerləşəcək. Mən öz laptopumda “Disk E”də Youtube adında qovluq yaradıram. Siz qovluqun adını Sites, Sandbox, və s. istədiyiniz kimi adlandıra bilərsiniz. GitBashda yaratdığımız qovluqa keçməliyik. Bu məqsədlə növbəti komandadan istifadə edirik: cd /e/Youtube. Sonra Laravel 7.x dokumentasiyasında olan
git clone https://github.com/laravel/homestead.git ~/Homestead
komandasından istifadə edirik. Sadəcə bu komandada ~/Homestead əvəzinə sadəcə Homestead yazaq. Beləliklə Youtube qovluğumuzun daxilində yeni Homestead qovluğu yaradılacaq ki, onun da daxilində Homestead-in faylları yerləşəcək.
Dokumentasiya bizə deyir ki, Homesteadi clone elədikdən sonra master budağından release budağına keçin. Bu stabil versiyadan istifadə etmək üçündür. Release budağına keçmək üçün
1. Gitbashda Homestead qovluğuna keçirik cd /e/Youtube/Homestead/
2. Budağı dəyişirik git checkout release

Homesteadi işə salmaq üçün bash init.sh komandasından istifadə edəcəyik. Dokumentasiya deyir ki, Linux sistemində bu komandanı istifadə edə bilərik. Biz də Gitbash istifadə edirik deyə, Linux komandasından istifadə edə bilərik.

Quraşdırmaq bu qədər sadə oldu. VirtualBox işə düşməsi üçün Homestead directoriyasından “vagrant up” komadasını yazıb Enter basırıq. Configurasiyamızda qeyd olunan saytlar local mühitdə işləyəcək. QEYD! Əlbətdə siz host faylınızda da qeydlər etməliyik.
Konfiqurasiya
Konfiqurasiyanı “Homestead.yml” faylında redakta edəcəyik. Sadəcə Homestead qovluğunda iki Homestead.yml faylı var. Mütləq şəkildə bizim redakta edəcəyimiz konfiqurasiya “Homestead/resources/” dirrectoriyasında yerləşir. İkinci fayl elə bir başa Homestead dirr. yerləşir və hər dəfə yenilənir resources dirr-ında yerləşən fayla əsasən.
Hər hansı bir redaktorda homestead/resources/homestead.yml açırıq. Bunu Gitbashda etmək istəsəz “nano” komandasından istifadə edə bilərik. Mən elə PHPStormda açıram və aşağıda gördüyünüz dəyişiklikləri edirəm:

- Bizim laptopda proyektlərin yerləşdiyi dirrektoriya
- VirtualBox-da yaradılan serverdə proyektlərin yerləşdiyi dirrektoriya
- Saytımızın domeni
- Domeni hansı proyektə bağlayırıq
- Verilənlər Bazasının adı
Konfiqurasiya faylında düzəlişlər etdikdən sonra onların tədbiq olunması üçün növbəti addımları etməliyik:
- Homestead/init.bat faylını klikləyirik
- Bizə verilən suallara Yes cavabını veririk
- Gitbashda Homestead dirrektoriyasında
“vagrant reload --provision” komandasını yazıb Enter basırıq - Hazırdır. Amma host faylında domeni qeyd etməliyik.
Host faylında domeni qeyd etmək üçün addımlar:
- Daxil oluruq C:\Windows\System32\drivers\etc dirrektoriyasına
- Burada hosts faylını administrator adından açırıq
- Daxilində ip adress olaraq 192.168.10.10
- Domen olaraq isə homestead.yml faylında qeyd etdiyiniz
Məndə misal: sayt.local olacaq - Yaddaşda saxlayırıq
- Gedirik Youtube dirrektoriyamıza orada code qovluğu yaradırıq
- Daxilində homestead.yml-da qeyd etdiyimiz kimi proyektin adında qovluq yaradırıq. Mən sayt qovluğu yaradacam.
- Sayt qovluğunda index.php yarada bilərik daxilinə bu kodu əlavə edirəm:
<?php echo “test”;
və yaddaşda saxlayıram. - Tamam. Brauzerdə yoxlaya bilərik.

Sağ ol.