MailJet Qeydiyyat və Konfigurasiya

MAİLJET QEYDİYYAT

Ayti Qaqaş
3 min readMar 19, 2021

Məlumatlarımızı daxil edib Next yazısını klikləyirik.

O da bizə deyir ki, ödəniş məlumatlarını daxil. Daxil edilmədiyi halda günlük limit 200 məktub və aylıq 6000 məktubdur. Biz də əlbətdə hələki pulsuz planı seçirik.

Akkauntumuzu aktivləşdirmək üçün keçirik Gmail ünvanımıza və oradakı Active my account knopkasına klikləyirik.

Bizə suallar vermək istəyirlər. Bu suallara cavab vermədən davam edə bilmirik.

Dili seçirik

Dili ingilis dili seçdim, sonra soruşur nə qədər məktub göndərmək fikrimiz var və hansı tezlikdə. Misal verdiyi kimi 200/günə, 6000/aya qeyd edirəm. Bir də soruşur hansı məqsədlərdə istifadə ediləcək. Üçüncü sual hansı domen istifadə olunacaq. Dördüncü sualda hansı email adresden istifadə ediləcək soruşulur.

Növbəti pəncərə bizim məlumatları tələb edir. Bilmirəm niyə amma mən şəxsi məlumatımı paylaşmaq istəmədim. Nömrə həqiqi nömrəmi yazdım, amma nömrə çox vaxt sönülü olur. Adres görürsüz ki, doğru deyil. Şəxsiyyət vəsiqəsi də ki, köhnə vəsiqənin şəklini verdim. Hər nədisə məlumatları spamdan qorunmaq üçün tələb etdiklərini bildirirlər. Hətda qeyd edir ki, məlumatı yoxladıqdan sonra vəsiqənin şəklini siləcək. Deyir ver bir dənə baxım da, qaqamsan.

Elə bildiz bitdi?
Təəsüflər olsun ki, bu sualları sona qədər çatdırsam da, mənə API key vermədilər ki, yoxlayaq sonra baxarıq. Nəticədə mənim email ünvanıma yazdılar. Əlavə məlumat istəyirdilər. Biznesimin haqqında məlumatlar və s. Cavab olaraq sadəcə dedim ki, öyrənmək məqsədi ilə və test üçün lazımdır. Elə buna görə bir saatda 30 dənə göndərilməsinə icazə verildi. Nə isə keçək əsas mətləbə.

KONFİQURASİYA AYARLAMA

Nəhayət bizə funksionallıq əlçatan olduqdan sonra qarşımıza bu pəncərə çıxır:

Sizcə hansını seçirik? Əlbətdə ki, Developer. Bizə API və SMTP lazımdır.

Gəlin birinci API ilə integrasiyanı nəzərdən keçirək. Ona görə developer seçdikdən sonra qarşımıza belə bir pəncərə gələcək və biz burada API seçirik və “Continue” yazısını klikləyirik.

API vasitəsi ilə integrasiyanı seçirəm.

Yuxarıda ki şəkildə yəgin “Configure” yazısını gördünüz. Orada bizə lazım olan konfigurasiyanın şablonunu görsədir, seçdiyimiz proqramlaşdırma dilinə uyğun olaraq.

Dili PHP seçirəm.

Bu da bizə verilən PHP üçün şablon kod:

Bu koddan istifadə edərək email göndərə bilirik.

Əgər biz API yox SMTP seçsəydik:

Konfigurasiyamız.

Laravel istifadə edəcəyimiz halda .env faylımızda SMTP-nin ayarlarını qeyd edəcəyik. SMTP və API vasitəsi ilə istifadənin nümunələrini düşünürəm ayrıca məqalə hazır edərəm.

Diqqətiniz üçün minnətdaram.

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

Ayti Qaqaş
Ayti Qaqaş

Written by Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/

Responses (1)

Write a response

Əla çox sağolun.Vaxt ayırıb maraqlı videolar və məqalə hazırladıqınız üçün bir daha təşəkkür edirəm

--