MAVEN QA Automation

Ayti Qaqaş
3 min readJul 10, 2021

--

BUILD TOOL

— Maven nədir?
— Necə və hardan yükləyirik?
—İnstalyasiya
— Konfiqurasiya edirik

Maven nədir?

Maven - bizim proyekti yığacaq bir instrumentdir (tooldur). Mavenin imkanları çoxdur. Onları gələcəkdə müzakirə edərik. Hələlik bilməli olduğumuz bu qədər kifayətdir.

Necə və hardan yükləyirik?

Maveni yükləmək üçün keçirik rəsmi saytında download bölməsinə http://maven.apache.org/download.cgi.

Nəzər yetirək ki, saytda yazılan tələblərdə JDKnın versiyası 1.7 vəya daha yeni olmasıdır, instalyasiyası üçün minimum 10 mb boş yer lazımdır, əlavə olaraq istifadəsi üçün isə minimum 500 mb yaddaşın boş olması nəzərdə tutulub.
Yükləmək üçün mirror seçirik, mən nə var onu saxlayıram, lakin problem olsa dəyişmək olar. Sonra isə “Binary zip archive” olan variantını seçirəm: apache-maven-3.8.1-bin.zip. Beləliklə biz sadəcə zip formatda arxiv olunmuş bir fayl yüklədik.

İnstalyasiya

Mavenin xüsusi bir instalyasiyası yoxdur, onu sadəcə arxivdən çıxarıb istədiyimiz yerə yerləşdirə bilərik. Mən öz “C” diskimdə “Maven” adlı qovluq yaradıram və sizə də qovluğun adında İngilis hərfləri istifadə etməyi və aralıq qoymamağı tövsiyə edirəm.

Maveni arxivdən çıxartdıqdan sonra onu konfiqurasiya etməliyik ki, sistem Maveni tanısın və onu istifadə edə bilək. Keçək konfiqurasiyaya…

Konfiqurasiya edirik…

Üç sadə addımdan ibarət olacaq konfiqurasiyamız. İlk öncə yoxlayırıq ki, JAVA_HOME verilənimiz var, daha sonra MAVEN_HOME verilənin yaradırıq və sonda MAVEN_HOME\bin yolunu PATH-a əlavə edəcəyik.

Windows sistemində “environment variables” axtarışa vermək olar vəya Control Panel >> System >>Advanced System Settings-ə keçirik. Açılan pəncərədə (System Properties) “Environment Variables…” yazılı button görəcəksiz. Üzərinə klikləyərək “Environment Variables” pəncərəsini açırıq.

Həmin bu pəncərədə, şəkildə qırmızı ilə işarələdiyim ərazidə “JAVA_HOME” veriləni olmalıdır və qarşısında ona uyğun yol qeyd edilməlidir. Onun olması o deməkdir ki, JDK quraşdırılıb, olmasa bunu etməliyik. Sizdə yoxdursa “Necə əlavə edim?” sualına buradan cavab tapa bilərsiz. JAVA_HOME əlavə etdiyimiz kimi elə MAVEN_HOME əlavə edə bilirik.

MAVEN_HOME verilənin əlavə edirik
MAVEN_HOME üçün PATH əlavə edirik

Düşünürəm burada heç şərhə ehtiyac yoxdur, var mı? MAVEN_HOME və onun üçün PATH əlavə edib, “ok”ları basdıq və hazırdır Mavenin quraşdırılması. Əlbətdə qaldı yoxlamaq ki, elədiklərimiz hamısı düzgün oldu ya yox. Bunun üçün əmrlərindən istifadə edirik.
“set mave” - MAVEN_HOME quraşdırıldığını görsədir ,
— “set ja” - JAVA_HOME quraşdırıldığını görsədir ,
— “set pa” - PATH-ları görsədir,
“mvn -version” - Mavenin işlədiyini görsədir.

Əla!

Youtube: https://www.youtube.com/c/AyTiQaqa%C5%9F
Facebook Qrup: https://www.facebook.com/groups/aytiqaqash
Facebook Səhifə: https://www.facebook.com/aytiqaqash
Telegram Qrup: https://t.me/aytiqaqashlar
Telegram Kanal: https://t.me/aytiqaqash
İnstagram: https://www.instagram.com/aytiqaqash/
Twitter: https://twitter.com/aytiqaqash

--

--

Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/