MySQL Docker və Windows

Ayti Qaqaş
2 min readDec 26, 2023

--

Qısa instruksiya

Bizim bir dənə MySQL serverimiz olmalıdır ki, həmin serverdə Verilənlər Bazasını yaradaq. Sonra MySQL Workbench vasitəsi vəya digər DBMS vasitəsi ilə həmin verilənlər bazasına qoşulmaq olar. Mən hazırda server üçün dockerdən istifadə edirəm. Əvvəllər isə XAMPP istifadə edirdim. Əgər XAMPP sizə tanış deyilsə, o zaman ona dərinlənmək lazım deyil. Biz gəlin dockerə köklənək və ondan istifadə edək.

Docker-i izah etmək bu mövzuya aid deyil. İndi əsas addımları yazacam istifadə üçün.

  1. Docker kompyuterinizə install edin.
  2. Yoxlayırıq instalyasiyanı
$ docker -v
Docker version 20.10.20, build 9fdeb9c

Versiyanı görə bildiksə deməli instalyasiya prosesi uğurla başa çatıb.

docker pull mysql

docker pull mysql əmri ilə biz MySQL üçün sonuncy versiya image yükləmiş oluruq. Həmin image Docker üçün lazım olan məlumatdır ki, bizim üçün MySQL Server qaldırsın, həmin serverdə də biz verilənlər bazasını yaradacağıq.

Fikir versəniz mysql image qarşısında yəni ən sağda Actions hissəsi var. Həmin sahədə play düyməsini görə bilərsiniz. Həmin play düyməsinə basanda yeni pəncərə açılır:

Xanaları dolduraq.

Container Name: nə istəsəniz yaza bilərsiniz öz məqsədinizə uyğun (mən: youtube yazdım)

Ports: bizə hansı portun containerin portu ilə uyğunlaşmasını istədiyimizi qeyd etməliyik. Yəni biz laptopun 3306cı portuna müraciət edəndə conteinerdə də 3306 olsun. Əgər biz 3307 yazsaq o zaman MySQL server kompyuterin 3307ci portunda, dockerin isə 3306 portunda işləyəcək. Gəlin elə standart 3306 portunu istifadə edək.

Volumes: Datanın bizim kompyuterimizdə harada saxlanmağını istəyirik, onu da qeyd edirik. Qeyd etməsək də olar.

Environment Variables:

Mühit verilənləri. 3 dəyişkəndən birini qeyd etməliyik Key Value olaraq.

Əks halda belə bir xəta çıxacaq:

2023–12–26 22:24:20+00:00 [ERROR] [Entrypoint]: Database is uninitialized and the password option is not specified
You need to specify one of the following as an environment variable:
— MYSQL_ROOT_PASSWORD
— MYSQL_ALLOW_EMPTY_PASSWORD
— MYSQL_RANDOM_ROOT_PASSWORD

Son nəticə belə olacaq:

Burada Run üzərinə klikləyərək, conteyneri işlətmiş olacağıq.

Beləliklə bizim MySQL Server artıq işləyir və biz ona qoşularaq verilənlər bazasını yarada və istifadə edə bilərik.

--

--

Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/