NodeJs instalyasiya

Ayti Qaqaş
3 min readDec 8, 2024

Windows əməliyyat sistemi üçün.

Bu məqalədə, Node.js-i Windows əməliyyat sistemi üzərində necə quraşdırmaq lazım olduğunu Azərbaycan dilində izah edirəm.

İlk öncə rəsmi saytdan Node.js yükləməliyik. Bunun üçün gedirik “https://nodejs.org/en” saytına. Orada “Download Node.js (LTS)” düyməsinin üzərinə basırıq. Niyə məs LTS? LTS açılışı Long Term Support yəni uzun müddətli dəstək deməkdir. Həmin versiyada olan problemləri uzun müddət aradan qaldırılması və versiyanın daha da yaxşı olması nəzərdə tutulur. Düymənin üzərinə kliklədikdə yükləmə başlamalıdır ya da məndə Chrome ayarlarından qeyd olunduğu kimi, hara yükləməyəcəyini soruşmalıdır. Avtomatik Windows əməliyyat sisteminizin 64 və ya 32 bit olduğunu müəyyən edir. Əgər səhv müəyyən olunubsa çalışın uyğun olanı tapıb yükləyəsiniz. Mənim nümunəmdə bu x64 olacaq.

Yüklədiyimiz msi faylını işlədirik. Quraşdırma proqramı işə salınır və prosesi başladır:

Next düyməsinə klikləyərək növbəti addımda “Terms and Conditions” Qaydalar və şərtləri qəbul edirsiniz. Məsləhətdir oxuyasınız amma çox adam oxumur.

Primitiv formada Nextləri klikləyirik və bu pəncərədə fikirləşirik ki, neyləyək?

Sonra da deyirik, əşşi next edək lazım olsa sonra əlavə alətləri yükləyərik. Sonra İnstall üzərinə klikləyirik, icazələri veririk və gözləyirik. Sonda da Finish edirik və inanırıq ki yükləndi, quraşdırıldı, istifadəyə hazırdır.

İnanmağımız bir qırağa amma bunu yoxlamaq da olur.

Win + R düymələrini basın, cmd və ya powershell yazın, sonra Enter-ə basın. Açılan terminalda “node -v” yazaraq enter basın.

Proyektlərdə package management rolunu oynayan NodeJs üçün npm olacaq. Ona görə də gəlin npm versiyasını da yoxlayaq: “npm -v”. Əlavə olaraq da yoxladıqdan sonra qlobal olaraq onu son versiyaya yeniləmək üçün “ npm install -g npm@latest” əmrini də işlədək.

Fikir versəniz npm yenilənmədən qabaq olan versiyası 8.5.4 idi. Yeniləndikdən sonra isə 10.9.2 oldu. Ən son versiya npm üçün quraşdırıldı.

Təbrik edirəm siz Node.js-i Windows əməliyyat sisteminizə yüklədiniz və npm ən son versiyasına yenilədiniz. İşlərinizdə uğurlar.

Bizim Udemy kurslarımızı əldə edmək üçün endirim istəsəniz bizimlə əlaqə saxlayın. Ümumiyyətlə kursu bizdən link əldə edərək alsanız bizim üçün daha böyük dəstəyə imza atmış olacaqsınız. Əks halda ödənişin böyük hissəsi Udemy platformasına gedəcək.

Youtube kanalımızı da izləməyi unutmayın.

Diqqətiniz üçün təşəkkür edirəm.

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

Ayti Qaqaş
Ayti Qaqaş

Written by Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/

No responses yet