Playwrightın əsas işləmə prinsipi
Automation alətlərin çoxuna aid edə bilərik.
Ümumiyyətlə öyrənməyə başlamazdan gəlin freymvorkun əsas işləmə prinsipinə baxaq ki, sonradan nəyi niyə etdiyimizi bilək və əzbərçilik kimi olmasın.
Freymvork özü də müəyyən bir standartlara və prinsiplərə uyğun yazılmış koddur. Playwright bizə APİ, Veb yoxlamaları aparmağa imkan yaradır. Biz də hazırda veb yoxlamadan danışırıq.
Veb yoxlamanı etmək üçün bizim vebsite açmağa ən azı bir dənə brauzer lazımdır. Brauzer saytımızı açdıqda, saytımızın hər hansı bir səhifəsini görsədəcək. Həmin səhifənin üzərində elementlər olacaq. Biz bir istifadəçi kimi, həmin elementlərlə təmasda oluruq. Yəni deyək ki, səhifənin login düyməsi var ki, istifadəçi olara biz ora kliklədikdə xüsusi bir form gələcək qarşımıza. Həmin forma istifadəçi adı və şifrə yazaraq mən öz profilimə aid məlumatları yükləyə bilərəm. Eyni qaydada formun daxilində istifadəçi adını və şirfəni yazmaq üçün input elementləri var. Bir insan olaraq input elementinin üzərinə klikləyirik və sonra orada mətn yazmağa başlayırıq. Deməli biz kodla da eyni addımları atmalıyıq.
Playwright üçün biz istənilən skripti, istənilən brauzerdə işlədə bilərik deyə, kodu yazarkən Page obyektindən istifadə edərək səhifənin elementlərini idarə edə bilirik.
İdarə etmək üçün bizə lokatorlar və DOM anlayışını bilməliyik.
DOM
DOM (Document Object Model) veb proqramlaşdırmada və veb səhifələrin işlənməsində mühüm bir anlayışdır. DOM (Document Object Model) proqramlaşdırma dili deyil, amma proqramlaşdırma dilləri ilə işləmək üçün nəzərdə tutulmuş bir modeldir ki, bir veb səhifənin (HTML və ya XML sənədinin) elementlərini (məsələn, başlıqları, paragraf mətnlərini, düymələri) obyektlər kimi təqdim edir və proqramçılar üçün bu elementləri idarə etməyə imkan yaradır. Məsələn, JavaScript kimi proqramlaşdırma dilləri DOM ilə inteqrasiya edərək, veb səhifədəki mətnləri, dizaynı və ya interaktiv funksiyaları dəyişə bilir. Beləliklə, DOM daha çox “vasitəçi” və ya “körpü” rolunu oynayır, proqramlaşdırma dilinə veb səhifə ilə qarşılıqlı əlaqədə olmağa imkan yaradır.
DOM üç əsas hissədən ibarətdir: Elementlər, Atributlar, Məzmun
Elementlər html vəya xml elementi olaraq “node” (“qovşaq”) kimi təqdim edilir. Misal gətirək: <div>, <p>, <img> və s.
Atributlar isə elementlərin daxilində istifadə olunan və elementə köməkçi rolunda olan açar sözləridir ki, dəyərindən asılı olaraq elementin imkanlarını artıra və ya dəyişə bilər. Həmin atributlar DOM vasitəsi ilə oxuna və dəyişdirilə bilər. Məsələn, tagində “src” və “alt” atributlardır. Bu atributlar DOM vasitəsilə oxuna və dəyişdirilə bilər.
Məzmun isə adından bəlli olduğu kimi bir məlumatdır və elementlər vasitəsi ilə brauzerin səhifəsində təqdim olunur. Məzmun da proqramlaşdırma dili vasitəsi ilə dəyişdirilə bilər. Məzmun nümunəsi: <p> Hello World! </p>
Lokator
Lokator, veb səhifənin elementlərini (məsələn, düymələr, şəkillər, mətn sahələri və s.) müəyyən etmək üçün bir vasitədir. Məsələn, avtomatlaşdırma testləri yerinə yetirən bir proqram daxilində lokatorlar istifadə olunaraq idarə etmək istədiyimiz elementi tapa bilirik, onunla hər hansı bir hərəkəti edə bilirik, və ya məzmununu yoxlaya bilərik.
Lokatorun ümumi növləri:
- ID: HTML elementlərinin unikal `id` atributları vasitəsilə müəyyən olunur.
- Class Name: CSS klasslarına əsasən elementləri seçir.
- XPath: DOM strukturu içərisində elementləri tapmaq üçün bir yol təqdim edir.
- CSS Selector: CSS qaydalarına əsaslanaraq elementləri seçir.
- Name: HTML `name` atributlarını istifadə edərək axtarır.
- Link Text/Partial Link Text: Hiperlinkləri onların mətn məzmununa görə tapır.
Dostlar hələlik yazmaq istədiyim bu qədər idi. Bizi izləyin, kurslarımızı əldə etmək istəsəniz, bizimlə əlaqə saxlayın və endirimlə əldə edin.
Bizim Youtube Kanal. Kofe al.