Playwright Instalyasiya
Windows əməliyyat sistemi üçün. JavaScript.
İnstalyasiyaya başlamazdan öncə yoxlayın ki, node.js və npm quraşdırılıb. Bunun üçün versiyalarını yoxlaya bilərsiniz. “node -v” və “npm -v” əmrlərini terminalda (win + R → cmd) işlədərək nəticələri görəcəksiniz:

Sonra proyektinizə keçid edin, onun qovluğunda növbəti əmri işlədin: “npm init playwright@latest”. Mənim üçün bu aytiqaqashPlaywright qovluğu olacaq:

Sarı ilə qeyd olunan ərazi hansı dirrektoriyada olduğumu görsədir. Yaşıl ilə qeyd olunan işlətdiyim əmrdir. Qırmızı ilə qeyd olunan isə mənə verilən sualdır. Soruşur Typescript istəyirəm ya JavaScript? Aşağı edərək mən JavaScript seçəcəm:

İnstalyasiya tamamlananda belə bir mənzərə olur:

Nəticədə aytiqaqashPlaywright qovluğuna növbəti fayllar yüklənməli idi, rəsmi sənədləşməyə əsasən:
playwright.config.ts
package.json
package-lock.json
tests/
example.spec.ts
tests-examples/
demo-todo-app.spec.ts
Şəkildən nələrin əslində yükləndiyini görə bilərsiniz:

Playwright.config Playwright üçün ayarlar əlavə edə biləcəyimiz yerdir, o cümlədən hansı brauzerlərdə Playwright-ı işə salmaq istədiyimizi dəyişdirə bilərik. Artıq mövcud layihə daxilində testlər keçiririksə, o zaman asılılıqlar birbaşa paketimizə əlavə edəcəyik: package.json faylı.
İlkin quraşdırmada Playwright bizə todo list bir proqram təminatı üçün testləri yazıb yerləşdirib ki, nümunəmiz olsun. Rəsmi sənədləşmədə belə qeyd edir: Testlər qovluğunda test etməyə başlamağınıza kömək edəcək əsas nümunə testi var. Daha ətraflı nümunə üçün todo tətbiqini sınamaq məqsədi ilə yazılmış testləri ehtiva edən test nümunələri qovluğuna baxa bilərsiniz.
İnstalyasiya ilə bağlı bu qədər. Diqqətiniz üçün təşəkkür edirik.