Requirement Analysis — Tələblərin analizi

Ayti Qaqaş
1 min readMay 16, 2022

--

Requirement Phase Testing kimi də tanınan tələblərin analizi mərhələsində proyektin hazırlanması üçün qoyulan tələblərin test edilmə imkanları test edən komanda tərəfindən analiz olunur və ümumiyyətlə tələblərin tam düzgün anlanılması üçün müzakirələr aparılır. Mərhələdə testerlərdən əlavə digər komandalar da müzakirədə iştirak edə bilər, hətta testerlər tələbləri daha yaxşı başa düşmək üçün özləri əlaqə saxlamalı ola bilərlər. Testlərin avtomatlaşdırılması da bu mərhələdə baxıla bilər. Bu arada tələblər də functional [funkşonal] və non-functional[nonfunkşonal] ola bilir.

Tələblərin Test olunmasında edəcəklərimiz

  • Müəyyən edirik hansı test növləri istifadə olmalıdır
  • Diqqətimizi və Prioriteti hansı testlərə fokuslamağı bilmək üçün daha çox detallar araşdırırıq.
  • Requirement Traceability Matrix (RTM) dokumentini hazırlamalıyıq.
  • Test etmək üçün hansı mühit istifadə olması ilə bağlı detalları aydınlaşdırmalıyıq. Əslində ayrıca bir mühit qurulmalıdır.
  • Avtomatlaşdırma imkanlarını analiz etməliyik (əgər tələb varsa)

Requirement Phase Testing bizə nə verəcək:

  • Hazır RTM faylı.
  • Avtomatlaşdırılma imkanları haqqında hesabat (automation test edilmə tələbi olubsa)

Saytımız: https://aytiqaqash.com/

Növbəti: Test Planning — Test Planın hazırlanması

--

--

Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/