Ruby proqramlaşdırma dilinə giriş

Ayti Qaqaş
2 min readSep 8, 2024

Məqaləni bu yaxınlarda əldə etdiyim kursa əsasən yazıram. Kurs udemydən ingilis dilində əldə edilə bilər. Ümid edirəm davamlı şəkildə məşqul olub, Ruby proqramlaşdırma dilini mənimsəyərək sizin üçün də keyfiyyətli resurs hazırlamış olacam. Bu yolda mənə maddi dəstək olmaq istəyənlər kofelər ala bilər ki, yuxu ilə mübarizəyə qalib gələrək davamlı şəkildə oxuyum. Mənəvi dəstək olmaq istəyənlər isə, oxuyub, bəyənib, şərh yazıb, suallar verə bilər. Hər ikisini etmək ən ideal seçimdir!

Soruşsanız niyə məs Ruby?!

Dostlar proqramlaşdırma dilləri çoxdur, mən Pascal, Visual Basic, C, C++, Java, PHP, Python hərəsi ilə az çox məşqul olmuşam. Ən çox təcrübəm deyərdim PHP ilə olub. Lakin reallıq olaraq başa düşdüyüm odur ki, ya siz bir dili mükəmməl öyrənib, ona uyğun iş tapmalısınız və daimi həmin dildə kodlamalısınız. Ya da şirkətin istifadə etdiyi dilə uyğunlaşmalısınız. Düşünürəm qeyd etdiyimdən başa düşdünüz ki, hal-hazırda mənim üçün aktual dil Ruby on Railsdir. Amma Javanı da mütəmadi ziyarət edirəm Automation üçün.

Mənə də, sizə də bu yolda uğurlar!

Ruby nədir?

Ruby obyekt yönümlü proqramlaşdırma dilidir. Proqramlaşdırma dilləri vasitəsi ilə kompyuterlərə bizim problemlərimizi necə həll edəcəklərini yazırıq.

İlk dəfə Ruby proqramlaşdırma dili 1995ci ildə Yukhiro Matsumoto (Matz) tərəfindən yaradılıb və istifadəyə təqdim olunub.

Müasir əməliyyat sistemlərinin hamısında istifadə oluna bilər.

Niyə Ruby?

Proqramçıların produktivliyinə və sadəliyə köklənən proqramlaşdırma dili olaraq, daha asan sintaksisi olmaqla istifadəçilər arasında böyük sevgi qazanır. Digər proqramlaşdırma dillərinə baxanda sadə və rahat olmağı müsbət olduğu kimi, mənfi tərəfi kimi də digərlərində nisbətən daha yavaş ilşləyir. Qeyd! Ruby yavaş deyil, oxşar proqramlaşdırma dillərinə nisbətən (misal Java, C++) daha yavaş işləyir. Əgər məqsədlərimizdə millisaniyələr rol oynayırsa, böyük ehtima Ruby istifadə etmək məsləhət deyil.

Sadəlikdən danışmışkən bir nümunə gətirək:

5.times { print “Hamıya salam!” } 

Qeyd olunan kod sadəcə beş dəfə “Hamıya salam!” yazısını ekrana çıxaracaq.

Ruby on Rails nədir bəs?

Ruby on Rails, qısa sadəcə Rails adlanır, tanınmış freyvorkdur ki, Ruby üzərindən qurulub. Rails David Heinemeier Hansson (DHH) tərəfindən Basecamp şirkətində çalışarkən yaradılıb. Ruby və Rails iki fərqli texnologiyadır. Rails üçün Ruby əsasdır lakin biznes fikir, arxitektura, dizayn və s. hamısı rails üzərindən gəlir. Mən də elə Ruby-ni Rails üçün öyrənirəm.

Bizi Youtbeda izləyə bilərsiniz.

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

Ayti Qaqaş
Ayti Qaqaş

Written by Ayti Qaqaş

Hər vaxtınız xeyir. Həvəskar developer tərəfindən yaradıldım. Bizə dəstək olmaq istəyənlər: https://kofe.al/@aytiqaqash . Sayımız: https://aytiqaqash.dev/

No responses yet

Write a response