Ruby — Windows üçün install
PowerShell
Windows axtarış sistemindən istifadə edərək “PowerShell” yazaq və proqram təminatını işlədək. Poverşel proqram təminatı adı terminal kimidir və daha çox GUİ (grafik istifadəçi interfeysi) istifadə etmədən mətn əmrləri ilə kompyuteri idarə etmək üçün nəzərdə tutulub.

Bir neçə dənə tez-tez istifadə edəcəyimiz əmrlərə baxaq və öyrənək.
pwd
əmri
pwd
("print working directory" sözlərinin qısaltması) hazırda işlədiyiniz kataloqu göstərmək üçün istifadə olunur. PowerShell-də bu əmri Get-Location
əmri ilə əvəz etmək olar. pwd əmri icra edildikdə, istifadəçinin mövcud iş kataloqunu qaytarır. Misal mənim üçün qaytarılan nəticəni aşağıda görə bilərsiniz:

ls
əmri
ls
("list" sözündən qısaldılmış) faylların və qovluqların siyahısını göstərmək üçün istifadə olunur. PowerShell-də bu əmri Get-ChildItem
əmri ilə əvəz edə bilərsiniz. Bu əmr cari və ya göstərilən kataloqun tərkibindəki bütün fayl və qovluqların siyahısını göstərir. Mənim kompyuterimdə geri dönən siyahı çox uzun olduğuna görə bir hissəsini paylaşıram:

cd
əmri
cd
("change directory" sözlərindən qısaldılmış) bir kataloqdan digərinə keçmək üçün istifadə olunur. Bu əmrin vasitəsilə istifadəçi mövcud iş kataloqunu dəyişə bilər. Bir qovluqdan digər qovluğa keçir və geri qayıda bilir. Hətta olduğu yerdən istədiyi qovluğun direktoriyasını görsədərək, oraya keçid edə bilir. Çox rahatlıqla kompyuterin qovluqlarının direktoriyalarında keçidlər etmək olur. Burada bəzi məqamlar var, misal biz sadəcə əvvəlki direktoriyaya qayıtmaq üçün cd ..
yaza bilərik. Hər dəfə həmin əmri istifadə edəndə bir direktoriya geriyə gedəcək. Əlbəttə biz burada daha çox nümunələr gətirə bilərik, lakin məqsədimizə uyğun deyil.
Aşağıdaki şəkildən görmək olar ki, biz olduğumuz direktoriyasından “Desktop” direktoriyasına keçib (ikinci sətir …ziko_\Desktop>), geri qayıtdıq.

PowerShell üzərindən Windows neçə bit olduğuna baxaq
Sadəcə systeminfo | findstr /B /C:”OS Name” /B /C:”OS Version” /B /C:”System Type”
əmri işlətməklə siz 32 ya 64 bit olduğunu öyrənə bilərsiniz. 32 ya 64 bit nə olduğunu bilmirsinizsə sadəcə bunun bizim proqram təminatlarını yükləyib quraşdırdığımız zaman lazım olacaq məlumat kimi qəbul edin. Nəticəyə əsasən sizə hardasa sual veriləndə rahat deyə bilərsiniz ki, mənim kompyuterim 32 ya 64 bitlik sistemdir.

İnstalyasiyaya başlayaq artıq.
İlk öncə biz Ruby-nin rəsmi saytında yükləmələr üçün nəzərdə tutulan səhifəyə gedirik. Burada siz müxtəlif versiyaları görəcəksiniz. Qarşısında x64 yazılanlar 64bitlik sistem üçündür, x86 yazılanlar isə 32bitlik sistem üçün. Məqalənin yazıldığı vaxt üçün hazırda ən sonuncu versiya 3.3.5–1 görürük. Üzərinə klikləyərək rubyinstaller-devkit-3.3.5–1-x64.exe faylını yükləmiş oluruq. Devkit ilə seçəndə əlavə kitabxanalar və dəstəkləyən yükləmələr də instalyasiyaya daxil olur.


rubyinstaller-devkit-3.3.5–1-x64.exe üzərinə klikləyirik.
Ola bilsin sizin üçün də Windows Protector tərəfindən xəbərdarlıq edən bir pəncərə gəlsin. “Run anyway” seçirik:

İstəyinizdən asılı olaraq yalnız özünüz üçün vəya kompyuteri istifadə edən bütün istifadəçilər üçün quraşdıra bilərsiniz. Mən bütün istifadəçilər üçün olsun deyə “Install for all user” seçirəm.

Növbəti pəncərədə instal etmək istədiyimiz lokasiyanı qeyd etməliyik. Susmaya görə “C:” diskində qovluq yaradıb oraya quraşdıracaq. PATH dəyişkənlərinə ruby-i işlədənlərini əlavə edəcək. “.rb” və “.rbw” genişləndiricisi olan faylları avtomatik ruby faylı kimi qəbul edəcək. Quraşdırmaq üçün də kompyuterinizdə 44.1Mb boş yer olmalıdır.

“Install” düyməsinə klicklədikdən sonra bizə yeni pəncərə açılır ki, installerə əlavə olunan “Rİ və HTML sənədləşməsi” ilə “MSYS2 development toolchain” də quraşdılmağını təsdiqləyək. Mən hər ikisini əlavə edirəm.

“Next” elədikdən sonra quraşdırma prosesi gedir, tamamlanır və bizə tamamlanması üçün “Finish” düyməsinə klickləmək qalır ki, “ridk install” işlədilsin və MSYS2 quraşdırılsın.

Üzərimizə Command Line gəlir. Burada da MSYS üçün necə ayarlamanı veririk. Mən o qədər də dərinə getmək istəmirəm və sadə instalyasiya üçün elə bir seçirəm:

İnstlyasiya işə düşür və uğurla quraşdırıldığının mesajı gəlir.

Sonda gördüyünüz suala elə ENTER basıram, terminal bağlanır. Belə başa düşdüm əlavə heçnə yükləyib quraşdırmır, çünki artıq base quraşdırıldı. Əgər istəsəydiniz yəgin ki, 2 vəya 3 seçə bilərdiniz. Eksperimentlər etmək istəyənlər nəticələri şərhdə paylaşın z.o.
Quraşdırmanı bitirdikdən sonra yenə PowerShell-i açaq və növbəti əmri yazaq: ruby -v
Nəticə bizə ruby-nin install olunduğunu və hansı versiya olduğunu geri qaytarır:

Bizi oxuyub izlədiyiniz üçün təşəkkür edirəm. Bizə sağ ol demək istəyənlər Ayti Qaqaş — kofe.al vasitəsi ilə bizə simvolik bir kofe hədiyyə edə bilər. Youtube kanalımızı izləməyi unutmayın, oxumaq yaxşıdır amma biz videolar da paylaşırıq.