Sadə naviqasiya metodları
Uİ Test Avtomatlaşdırma
Bu məqalədə növbəti naviqasiya metodlarından danışacağıq:
- to
- back
- forward
- refresh
Əvvəlki videolardan artıq yəgin siz istədiyimiz saytı necə açacağımızı bilirsiniz və təkrarlamaq üçün eyni addımları burada yenidən qeyd etmək istəyirəm. Biz bu addımları dəfələrlə istifadə etdiyimizə görə beynimizə həkk olunacaq və əlimiz öyrəşəcək. Deyək ki, yenə main funkiyasının içindəyik və burada ilk yazacağımız kod Chromedriveri quraşdıraraqdır və onun driver obyektini yaratmaqdır. Bunun üçün növbəti kodu yazırıq:
WebDriverManager.chromedriver().setup();
WebDriver driver = new ChromeDriver();
Bu arada biz yenidən WebDriverManager istifadə edirik deyə, mütləq onun pom.xml
faylında asılılıqlarının olmasını yoxlayın və maven yeniləməni edin.
driver.navigate().to(url)
— istənilən linkə keçmək üçün istifadə olunur. driver.get sorğusu ilə oxşardır. İstifadə edərək biz misal üçün saytımızı brauzerdə aça bilərik. Yuxarıda qeyd etdiyimiz koddan sonra yazırıq:
driver.navigate().to("https://aytiqaqash.dev/");
Run etdikdə bizim üçün Chrome brauzer açılır və biz saytımızın əsas səhifəsini görürük. Normalda biz bu nəticəni driver.get(“https://aytiqaqash.dev/”)
yazmaqla əldə edirdik.
driver.navigate().back();
back metodu sadəcə bizi gəldiyimiz ünvana geri döndərir. Gəlin nəticəsini görmək üçün ilk öncə navigate().to(“https://aytiqaqash.dev/”) səhifəsinə gedək və geri qayıdaq. Bu arada fikir verdinizsə back() sorğusu heç bir attribut əldə etmədən öz işini görə bilir. Saytımızı açıb, sonra geri ağ səhifəyə qayıdır, çünki biz back() metodundan istifadə etmişik:

to, back
metodalrından sonra yeni sətirdə forward
metodunu əlavə edirəm. driver.navigate().forward();
bizi qabaqki səhifəyə aparır. Yəni indi biz aytiqaqash.dev
saytını açdıq, sonra geri qayıtdıq yəni yuxarıda gördüyünüz data:,
səhifəsinə, forward
vasitəsi ilə yenidən aytiqaqash.dev
saytına qayıdırıq.
Məqalədə ən sonuncu toxunacağımız əsas naviqasiya metodlarından biri də refresh() metodu olacaq. Bu metod vasitəsi ilə, hazırda olduğumuz səhifəni yenidən yükləyirik. Eyni qaydada driver.navigate().refresh(); kodunu yazaraq istədiyimizə nail oluruq. Gəlin kodumuza onu da əlavə edək və yoxlayaq. Nəticədə kodumuz belə olur:
public static void main(String[] args) {
WebDriverManager.chromedriver().setup();
WebDriver driver = new ChromeDriver();
driver.navigate().to("https://aytiqaqash.dev/");
driver.navigate().back();
driver.navigate().forward();
driver.navigate().refresh();
}
Hələlik bu qədər. Diqqətiniz üçün təşəkkür edirik. Bizim kursları endirimlə əldə etmək üçün, əlaqə saxlayın. Yox, ödənişin yarısından çoxu udemy-yə getməyini istəyirsinizsə link burada. Youtube kanalımız. Kofe al.