Selenium üçün Proyekt
- Maven proyekt yaradaq
- Asılılıqları əlavə edək: Selenium
- Asılılıqları əlavə edək: WebDriver
- Yoxlamanı işlədək (sadə)
Proyekt Yaradırıq.
Mən İDE olaraq IntelijIDEA istifadə edəcəm, siz özünüz seçə və ya eynisini istifadə edə bilərsiniz. IntelijIDEA açıldıqda “Projects” hissəsində “New Project” üzərinə klikləyirik. Lazım olan məlumatları daxil edirik:
Name: SeleniumProyekti1.
Location: proyekti harada saxlamaq istədiyinizi qeyd edirsiniz.
Language: Java
Build System: Maven
JDK: 11 Oracle OpenJDK
Advanced ayarlardan:
- GroupId: dev.aytiqaqash
- ArtifactId: SeleniumProyekti1.
Lazım olan məlumatları daxil etdikdən sonra “Create” düyməsinə klikləyirik. Susmaya görə bizdə pom.xml faylını görsətməlidir. Burada Maven üçün ayarlama qeyd olunur. Həmin fayl proyektin kökündə olur. Asılılıqları pom.xml faylına əlavə edəcəyik. Bunun üçün aşağıda yazılan kodu kopyalayıb pom faylına yerləşdirik. Asılılıqları buradan axtarıb əldə etmək olar. İlk əlavə edəcəyimiz asılılıq seleniumdur.
<dependencies>
<dependency>
<groupId>org.seleniumhq.selenium</groupId>
<artifactId>selenium-java</artifactId>
<version>3.141.59</version>
</dependency>
</dependencies>
<dependencies></dependencies> teqlərinin arasında biz bütün asılılıqları yerləşdirəcəyik. Hər asılılıq üçün ayrıca <dependency> </dependency> teqləri istifadə olunur. Burada biz asılılığın hansı qrupa aid olduğunu, artifakt olaraq hansı id ilə tanınır və versiyasını qeyd edirik. Bu qısa kodu normalda elə maven saytından tapıb kopyalaya bilərsiniz.
Növbəti əlavə edəcəyimiz asılılıq:
<dependency>
<groupId>io.github.bonigarcia</groupId>
<artifactId>webdrivermanager</artifactId>
<version>5.1.1</version>
</dependency>
Proyektimizin Strukturu
Proyektimizin kökündə “src” qovluğu olmalıdır və daxilində “main” və “test” qovluqları var. Burada bizə “main” qovluğuna ehtiyacımız olmayacaq. Ona görə onu silə bilərik. Ümid edirəm necə silirik, yazmağa ehtiyac yoxdur. Yerdə qalır “test” qovluğu və daxilində “java” qovluğu. Burada sağ düyməni basıb, yeni package yaradırıq: “dev.aytiqaqash”. Paketləri nöqtə ilə bölünməsin deyə, ayarlardan kompaktlanmanı yığışdırırıq.
İntelijİDEAda əgər boş paketlərin normal ierarxiyasını göstərməsini istəyiriksə, o zaman ayarlardan kiçik dəyişiklik etməliyik. 1ci, 2ci, və 3cü addımları ataraq, solda olan nəticəyə gəlirik.

Seleniumun işləməsini yoxlayaq.
Yeni bir sinif yaradaq aytiqaqash paketində: “SeleniumTest” sinifi.
İlk öncə auto-importun aktiv olduğunu yoxlayaq. Bunun üçün gedək ayarlara “auto import” yazısını axtararaq, Editor > General > Auto import > Java olan yerdə baxmalıyıq ki, “Add unambiguous imports on the fly” və “Optimize imports on the fly” hər ikisi aktiv olsun. Aktiv deyildirsə, aktivləşdirib “Apply” üzərinə klikləyirik və ayarları bağlayırıq.

Sonra yenidən sinifimizə qayıdıb, davam etmək üçün ilk öncə main metodunu yazmalıyıq. İntelijİdeadan istifadə edənlər sadəcə psvm yazıb tab basanda avtomatik main metodu yazılır. Sonra main metodunun daxilində veb drayver meneceri quraşdırırıq (1), bunu chrome driver üçün edirik. Əlbəttə siz digər brauzeri də seçə bilərdiniz. Növbəti addım olaraq ChromeDriverin obyektini yəni (instance) yaradırıq (2). Həmin obyekt vasitəsi ilə biz “aytiqaqash.dev” saytını Chrome brauzerdə açacağıq (3). Yazdıqlarım kod formasında aşağıda qeyd olunub:
package dev.aytiqaqash;
import io.github.bonigarcia.wdm.WebDriverManager;
import org.openqa.selenium.WebDriver;
import org.openqa.selenium.chrome.ChromeDriver;
public class SeleniumTest {
public static void main(String[] args) {
// 1 - Veb drayveri quraşdıraq
WebDriverManager.chromedriver().setup();
//2 - Chrome drayverin obyektini yaradaq.
WebDriver driver = new ChromeDriver();
//3 - driver brauzerdə saytımızı açsın
driver.get("https://aytiqaqash.dev/");
}
}
Sinifin kodu run etdiyimiz halda, yeni brauzer pəncərəsində bizim saytımızın əsas səhifəsi açılır. Xüsusi qeyd olur ki, səhifə automatlaşdırma proqram təminatı tərəfindən idarə olunur.

Əgər sizdə brauzerin versiyası ilə xəta yarandısa, brauzerinizi ən axırıncı istifadə olunan versiyaya yeniləyin və eyni qaydada webdriver managerin də versiyasını pom.xml faylında yeniləyərəl maven ilə quraşdırın düzəlməlidir. Yenə də alınmasa, şərh edə bilərsiniz məqaləni, çalışıb kömək edək.
Bir də nəzərinizə çatdırım ki, İntelijİdea da aşağıda Run nəticələri yazılan yerdə belə bir qırmızı yazılar görəcəksiniz. Qırmızı yazılar mütləq şəkildə sizin kodun işləmədiyini göstərən yazılar deyil. Fikir versəniz orada ChromeDriver-in uğurla işə salınmasını da qırmızı hərflərlə yazılaraq qeyd olunub.

Dostlar məqaləni oxuyub ümid edirəm özünüzə faydalı nəsə əldə edə bildiniz. Biz məqalələri təmənnasız yazıb paylaşırıq. Lakin əlbəttə ki, bizə təşəkkür naminə kofe almaq istəyənlər üçün bu linkdən keçərək bizi sevindirə bilər. Youtube kanalımızı izləməyi unutmayın. Xoşca qalın.