Testlərin işlədilməsi | Playwright
İlk baxış bucağından
Dostlar biz testləri playwright üzərindən müxtəlif yollarla və ayarlama ilə işlədə bilərik. Əlavə olaraq istəsək bütün testləri, istəsək bir group, istəsək də xüsusi testləri işlətmə imkanlarımız var.
Birazdan biz “--project, --headed, --ui” atributlarının mənasının nə olduğunu öyrənəcəyik. Gəlin ilk öncə terminaldan işlətmək istəsək nə edəcəyik sualına cavab tapaq.
CLİ — Terminal üzərindən işlətmə
CLİ üzərindən biz bütün tesləri işlətmək üçün
npx playwright test
yaza bilərik. Susmaya görə ayarlama playwright.config faylında necə yazılıbsa o cür işlədiləcək, yəni 3 fərqli brauzerin istifadəçiyə Uİ göstərilmədən işlədiləcək və nəticə yazı olaraq təqdim ediləcək. Mənim nümunəmdə 3 Test Case olduğuna görə hərəsi 3 brauzerdə işlədildiyi halda, nəticədə 9 test case 9 brauzerdə (workers) işlədildiyini görünəcəyik.

Yox, əgər command line üzərindən yazmağımıza baxmayaraq biz istifadəçi interfeysini (User İnterface) görmək və yoxlamanın işlədilməsini də Uİ üzərindən idarə etmək istəyiriksə, o zaman biraz fərqli əmri işlətməliyik:
npx playwright test --ui
Belə yazdığımız halda, (Uİ — User İnterface) İstifadəçi interfeysi rejimi işə salınır və daha rahat yoxlamanın aparılmasına şərait yaradılır. Burada yoxlamanın hər addımını keçərək, nələr baş verdiyini izləyə bilirik. İstifadəçi interfeysi rejiminin müxtəlif maraqlı imkanları var, burada qısa bu mövzuya toxunmağımıza baxmayaraq inanıram gələcəkdə daha ətraflı bu mövzudan danışaq.

Növbəti əmrimizi gəlin “ — headed” atributunu istifadə edərək yazaq:
npx playwright test --headed
“--headed” vasitəsi ilə biz deyirik ki, mən brauzerlərin yoxlama zamanı göstərilməsini istəyirəm. Ona görə də işləmə zamanı brauzerlər bizə görsədilərək üzərində gedən yoxlamanı da biz görürük.
Əlbəttə yoxlamaların sayı çox olduğu halda vaxtımızı daha çox ala bilər. Lakin biz istəsək yalnız müəyyən bir brauzerin işə salınmasını qeyd edə bilərik. Hətta deyək ki, üçündən ikisinin işlədilməsini istəyirik. Yadımıza dərhal “--project” atributu düşərək əmrimizi dəyişirik:
npx playwright test --project webkit
webkit nəzərdə tutulur ki, safari tipli brauzerlərin işləməsini yoxlayır. Misal üçün chromium isə Chrome, Opera və s. tipli brauzerlərə köklənir. Bir də qaldı firefox, o da artıq adından məlum olmalıdır.
Xüsusi yoxlama faylını işlətmək üçün adını qeyd edirik:
npx playwright test landing-page.spec.ts
Müxtəlif qovluqlardan bir qrup test fayllarını işlətmək üçün həmin qovluqların adlarını test qovluğuna nisbətən tam ierarxiyasını görsədərək daxil etməyiniz gərəkdir. Nümunə:
npx playwright test tests/todo-page/ tests/landing-page/
Yoxlama faylının adında müəyyən söz olan faylları işlətmək də mümkündür. Bunun üçün sadəcə əmrizə həmin açar sözlərini əlavə edirik atribut olaraq:
npx playwright test landing login
Son dəfə yoxlamanı uğurla tamamlamayan yoxlamaları yenidən işlətmək istəsək “--last-failed” atributundan istifadə edəcəyik:
npx playwright test --last-failed
Hələlik bu qədər, dostlar. Bizi izləməyi unutmayın. Youtube.