Webdrivermanager-siz Chromedriver quraşdırırıq.
Uİ Test Avtomatlaşdırma
Qısa məzmun:
- Chromedriver yükləyirik
- setProperty metodu ilə koda əlavə edirik
- İşlədirik və həzz alırıq
Chromedriver yükləyirik
Burada biz webdriver özümüz quraşdırmağı öyrənəcəyik. Bunun üçün biz normalda növbəti koddan istifadə edirik Webdrivermanager vasitəsilə ilə uyğun brauzer üçün avtomatik setup (quraşdırma) edirdik:
WebdriverManager.chromedriver().setup();
Özümüz edəndə isə biz gedib ilk öncə internetdən chromedriver yükləməliyik. Lakin ilk öncə gəlin bizim chrome hansı versiya olduğunu yoxlayaq. chrome://settings/help ünvanına keçid edərək, hazırda istifadə etdiyimiz chrome versiyamızı görə bilərik. Versiyaya uyğun chromedriver yükləmək üçün axtarışda “download chromedriver” yazırıq. Geri qayıdan nəticələrdən ilk öncə “Chromedriver downloads” səhifəsinə keçdim, sonrada özümdə ən son versiya Chrome olduğuna görə “Chrome for Testing availability” səhifəsinə keçərək mənə lazım olan Chromedriverin yükləmə linkini tapdım. Həmin link vasitəsi ilə “chromedriver-win64.zip” arxivlənmiş chromedriver qovluğunu yüklədim. Mənim üçün windows 64 bit uyğundur. Nümunə üçün link və “Chrome for testing availability” səhifəsinin skrinşotunu paylaşıram:

Qovluğun daxilindəki faylları arxivdən desktopda eyni adlı bir qovluğa çıxarıram.

Qayıdaq Selenium kodumuza.
Burada biz WebdriverManager.chromedriver().setup(); əvəzinə System.setProperty istifadə etməliyik. Daxilinə hansı brauzerin drayverini istifadə edəcəyiksə onu və yüklədiyimiz driver-in ünvanını ötürürük. Yəni biz chrome istifadə edəcəyik deyə chromedriver yüklədik, indi bu məlumatları setProperty metoduna arqumentlər kimi ötürəcəyik:
System.setProperty(“webdriver.chrome.driver”, “C:/Users/ziko_/Desktop/chromedriver-win64/chromedriver.exe”);
Chromedriverin ünvanı sizdə fərqli olacaq. Mütləq nəzərə alın ki, “.exe” fayl ünvana daxildir və ünvanda istifadə olunan bölücülər “\” əvəzinə “/” qeyd edilib. “Mac” istifadə edənlər üçün ola bilsin System Preferences > Security & Privacy > General səhifəsində “Allow apps downloaded from:” hissəsində “Allow anyway” seçməli olasınız.
pom.xml faylında webdrivermanager üçün istifadə etdiyimiz asılılıqları şərhə alıb, maven refresh edək, çünki istifadə etmirik. Refreshləmək üçün qırmızı ilə işarələdiyim İntelijİdeada yarandıqda, üzərinə klikləyirsiniz.

Bir də yuxarıda importların içində webdrivermanager ola bilər ki, sizin kodunuz xəta versin. Mütləq onu da yoxlayın. Gördüyünüz kimi məndə yalnız vebdriver və chromedriver import olunub. WebdriverManager importların siyahısında yoxdur.

Son kodumuz belə olacaq:
public class SeleniumTest {
public static void main(String[] args) {
// 1 — Veb drayveri quraşdıraq
//WebDriverManager.chromedriver().setup();
System.setProperty(“webdriver.chrome.driver”,”C:/Users/ziko_/Desktop/chromedriver-win64/chromedriver.exe”);
//2- Chrome drayverin obyektini yaradaq.
WebDriver driver = new ChromeDriver();
// driver brauzerdə saytımızı açsın
driver.get(“https://aytiqaqash.dev/”);
}
}
İşlədək
Hazırdır. Qaldı “Current file” işlətmək (run etmək). Nəticədə də aytiqaqash.dev saytı testing üçün selenium tərəfindən idarə olunan yeni Chrome brauzerdə açılmalıdır:

Hələlik bu qədər. Diqqətiniz üçün təşəkkür edirik. Bizim kursları endirimlə əldə etmək üçün, əlaqə saxlayın. Yox, ödənişin yarısından çoxu udemy-yə getməyini istəyirsinizsə link burada. Youtube kanalımız. Kofe al.